Mehman Əzizov millidən getdi, yeni təyinat açıqlandı

Cüdo üzrə böyüklərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Mehman Əzizov postundan kənarlaşdırılıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Azərbaycan yığmasında baş məşqçinin dəyişdirilməsinə qərar verilib. Belə ki, Mehman Əzizovla əməkdaşlığın davam etdirilməməsi qərara alınıb. Bu üzdən də onunla müqaviləyə xitam verilib.

Əvəzində Rüstəm Alimli böyüklərdən ibarət milliyə məşqçi təyin olunub. O, həm də yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi kimi fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, Mehman Əzizov 2022-ci ildən Azərbaycan yığmasında məşqçi kimi fəaliyyət göstərirdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: