Azərbaycanın “Xarı Bülbül” (Şuşa) komandasının voleybol üzrə “Çelenc kuboku”ndakı növbəti oyunlarının vaxtı müəyyənləşib.
Arena.az xəbər verir ki, ilk turda Slovakiyanın “Spartak” (Miyava) klubunu hər iki oyunda üstələyərək 1/16 finala yüksələn Şuşa təmsilçisi bu mərhələdə Yunanıstanın “Panathinaikos” komandası ilə qarşılaşacaq.
Cütün ilk matçı noyabrın 21-də Bakıda, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək. Bu oyuna saat 19:00-da start veriləcək.
Komandalar arasında ikinci oyun isə noyabrın 29-da baş tutacaq. “Xarı Bülbül” səfərdəki cavab matçına Bakı vaxtı ilə saat 20:00-də çıxacaq.


