La Liqa: “Barselona” “Real Sosyedad”ı tək qolla yendi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 12-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Selta” – “Sevilya” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Altı qolluq “Osasuna” – “Jirona” matçı qonaqların qələbəsiylə yekunlaşıb. “Betis” doğma meydanda “Malyorka”nı 2 cavabsız qolla yenib. “Real Sosyedad”ın qonağı olan “Barselona” isə 3 xalı tək qolla qazanıb.

12-ci turun qalan qarşılaşmaları qarşıdakı günlərdə keçiriləcək.

İspaniya, La Liqa
12-ci tur
3 noyabr

Las Palmas – Atletiko (Madrid) 2:1
Qollar: K.Rodriqes, 51. B.Ramires, 75 – Morata, 83.

4 noyabr

Osasuna – Jirona 2:4
Qollar: Budimir, 25; 55 – Martin, 16. Dovbik, 71. Siqankov, 80. A.Qarsiya, 90.

Betis – Malyorka 2:0
Qollar: V.Xose, 7. A.Peres, 65.

Selta – Sevilya 1:1
Qollar: Starfelt, 22 – En Nesiri, 84.

Real Sosyedad – Barselona 0:1
Qol: Arauxo, 90+2.

5 noyabr

17:00. Alaves – Almeriya
19:15. Valensiya – Qranada
21:30. Vilyarreal – Atletik
00:00. Real – Rayo Valyekano

6 noyabr

00:00. Xetefe – Kadis

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: