UEFA “Qarabağ”a 1,3 milyon avro ayırdı

UEFA Azərbaycan çempionu “Qarabağ”a Avropa Liqasının qrup mərhələsində qazandığı iki qələbəyə görə ödəniş edib.

Arena.az xəbər bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, Ağdam klubuna turnirdə iştirakla da əlaqədar bonus məbləği ayrılıb.

UEFA tərəfindən bu klub üçün ayrılmış 1,320,105.00 (bir milyon üç yüz iyirmi min yüz beş) avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb.

Xatırladaq ki, Azərbaycna çempionu Avropa Liqasının qrup mərhələsində “Bayer” (Almaniya), “Molde” (Norveç) və “Hakken”lə (İsveç) mübarizə aparır. Üç turdan sonra təmsilçimiz 6 xalla qrup ikincisidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: