“Qarabağ” – “Bayer” matçının hakim təyinatları açıqlandı

Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Bayer” matçının hakim təyinatları bəlli olub.

Arena.az xəbər verir ki, Bakıda keçiriləcək bu oyun İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.

Qarşılaşmanın baş hakimi FIFA referisi Kreyq Pouson olacaq. Ona yan xətt hakimləri Saymon Bennett və Lee Bets kömək edəcəklər. Dördüncü hakim funksiyasını Con Bruks yerinə yetirəcək. VAR-da isə avstriyalı Carred Cillett, AVAR-da Mixael Salisburi çalışacaq.

Qeyd edək ki, Kreyq Pouson ikinci dəfə Bakıya gələcək. 44 yaşlı referi ötən mövsüm də eyni turnirin qrup mərhələsində Ağdam klubunun Yunanıstan “Olimpiakos”u ilə qarşılaşmasında (0:0) ədaləti qoruyub. Bundan əlavə, ingilis hakim 2017/2018 mövsümündə “Qəbələ”nin evdə Yunanıstanın “Panatinaikos” klubuna 1:2 hesabı ilə uduzduğu Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçına da təyinat alıb. 2015-ci ildən beynəlxalq qarşılaşmaları idarə edən Kreyq Pouson cari mövsümdə İngiltərə Premyer Liqasında 7 oyunda əsas hakim kimi fəaliyyət göstərib.

Xatırladaq ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” matçına saat 21:45-də start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: