Neymarın qızını qaçırmağa cəhd etdilər

Məşhur hücumçu Neymarın həyat yoldaşı Bruna Byankardi futbolçunun qızının qaçırılması cəhdinin təfərrüatını açıqlayıb.

Arena.az məlumat verir ki, Byankardi bu barədə özünün sosial şəbəkə hesabı üzərindən yazıb.

Daha əvvəl, kütləvi-informasiya vasitələrində, noyabrın 7-nə keçən gecə Kotiya şəhərində “Əl-Hilal”ın braziliyalı ulduzu, hücumçu Neymarın xanımını və yeni doğulmuş qızını qaçırmağa cəhd haqda məlumat yayılmışdı.

“Mənim ailəmi səhər tezdən qarət etdilər. Valideynlərimi girov götürdülər, amma mən, Mevi və bacım artıq orada yaşamırıq. Hadisə baş verən zaman biz evdə deyildik. Tanrıya şükür, valideynlərimlə hər şey qaydasındadır”, – Byankardi yazıb.

Jurnalistlərin məlumatına görə, gecə saat 3 radələrində Neymarın xanımının anasının evinə soyğunçular daxil olub. Oğrular ümumi dəyəri təxminən 120 min ABŞ dolları olan qiymətli əşyaları, dizayner çantalarını və saatlar oğurlayıblar. Həmçinin Neymarın xanımı Bruna Byankardinin və onların yeni doğulmuş qızının harada olduğunu soruşublar. Cinayətkarlardan biri, 19 yaşlı yerli sakin polisin keçirdiyi əməliyyat tədbiri nəticəsində törətdiyi hadisədən sonra tapılaraq, saxlanılıb.

Xatırladaq ki, Neymar aldığı zədə səbəbindən keçirdiyi cərrahi əməliyyatdan bir neçə gün öncə çıxıb və hazırda sağalmaqla məşğuldur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: