“Qarabağ” – “Bayer”: Start heyətlər açıqlandı

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində evdə “Bayer”lə qarşılaşacaq.

Arena.az xəbər verir ki, H qrupunda yer alan Almaniya və Azərbaycan təmsilçilərinin bu oyun üçün start heyətləri müəyyənləşib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyuna saat 21:45-də start veriləcək. Qarşılaşmanı İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, Almaniya təmsilçisi hazırda 9 xalla qrup lideridirsə, Azərbaycan çempionu 6 xalla ikinci pillədə qərarlaşıb.

Avropa Liqası
H qrupu, 4-cü tur
9 noyabr

21:45. “Qarabağ” – “Bayer”
Hakimlər: Kreyq Pouson, Saymon Bennett, Li Betts, Con Bruks (hamısı İngiltərə).
VAR: Carred Cillett (Avstriya).
AVAR: Mixael Salisburi (İngiltərə).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:45.

Qarabağ: 99. Andrey Lunyov, 6. Julio Romao, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Bayer: 17. Matey Kovar, 2. Yosip Stanişiç, 3. Pyero İnkapye, 4. Conatan Ta (k), 8. Robert Andrix, 10. Florian Virts, 19. Natan Tella, 20. Aleksandro Qrimaldo, 21. Amin Adli, 22. Viktor Bonifase, 34. Qranit Caka.
Ehtiyat oyunçular: 1. Lukas Hradetski, 36. Niklas Lomb, 6. Odilon Kossunu, 7. Yonas Hofmann, 18. Noa Mbamba, 23. Adam Hlojek, 30. Ceremi Frimponq, 32. Qustavo Puerta, 47. Ayman Aurir.
Baş məşqçi: Xabi Alonso.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: