“Qarabağ” – “Səbail” matçının biletləri satışa çıxarıldı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunda keçiriləcək “Qarabağ” – “Səbail” qarşılaşmasının biletləri satışa çıxarılıb.

Arena.az xəbər verir ki, biletləri bu gündən etibarən iticket.az-da onlayn şəkildə almaq olar.

Biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Xatırladaq ki, sabah keçiriləcək “Qarabağ” – “Səbail” matçına saat 19:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: