Emil Səfərov və Kənan Sadıqov Avropa Kubokunda 2-ci oldular

Azərbaycanın yeniyetmə cüdoçuları Emil Səfərov və Kənan Sadıqov Macarıstanda keçirilən Avropa Kubokunda gümüş medal qazanıblar.

Arena.az xəbər verir ki, Macarıstanın Dyör şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ilk günündə 21 cüdoçumuz tatamiyə çıxıb.

Oğlanlar arasında -50, -55, -60 və -66 kq çəki dərəcələrində yarışan cüdoçularımızdan yalnız ikisinin çıxışı nisbətən uğurlu alınıb. Azərbaycan təmsilçiləri ilk günü 2 gümüş medalla başa vurublar. Belə ki, Emil Səfərov (-50 kq) və Kənan Sadıqov (-66 kq) gümüş medal qazanıblar.

Qeyd edək ki, turnirdə 27 ölkədən 527 idmançı iştirak edir. Azərbaycan yarışda oğlanlar arasında 7 çəki dərəsində 32 cüdoçu ilə təmsil olunur. Cüdoçulara yeniyetmələrdən ibarət millimizin məşqçisi Nicat Şıxəlizadə rəhbərlik edir. Yarışda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri İslam Nəcəfquluyev, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Akif Tahirov və Fariz Hüseynov ədalət təmsilçiləri arasında yer alıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: