Premyer Liqa: “Qarabağ” 8 oyundur xal vermədiyi “Səbail”ə qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 13-cü turunun oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Əvvəlcə, “Zirə” doğma meydanda “Qəbələ” ilə qarşılaşacaq. Zirəlilər zirvədə qalmaq üçün bu oyundan da qələbə ilə ayrılmağa çalışacaqlar.

Bu komandalar indiyə qədər 32 oyunda üz-üzə gəliblər. Bu görüşlərdə “Zirə” 6, “Qəbələ” 12 qələbə qazanıb. 14 oyun da heç-heçə yekunlaşıb. “Qəbələ” son 6 görüşdə qol vurub. “Zirə” isə son 4 qarşılaşmada qalib gəlməyib.

Turun son matçı “Qarabağ”la “Səbail” arasında baş tutacaq. Ağdam təmsilçisi “Zirə”nin xal itirəcəyinə ümid bəsləməklə qalib gəlməyə və zirvəyə çıxmağa çalşacaq. “Səbail” də liderlər qrupunda möhkəmlənmək üçün güclü rəqibindən xal və ya xallar qoparmağa cəhd göstərəcək.

“Qarabağ”la “Səbail” bugünədək 24 oyun keçiriblər. “Qarabağ” bu oyunlarda 19 qələbə qazanıb. Qalan görüşlərdən ikisi heç-heçə, üçü də “Səbail”in qələbəsilə yekunlaşıb. Son 9 oyunda üç və ya daha çox qol vurulub. “Qarabağ” son 8 ev oyununda qələbə qazanıb.

Premyer Liqa
13-cü tur
10 noyabr

“Araz-Naxçıvan” – “Kəpəz” 0:1
Qol: Adama Niane, 75.
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Şirmamed Mamedov, Əli Əliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “Dalğa Arena”, 19:00

11 noyabr

“Neftçi” – “Sumqayıt” 1:2
Qollar: Ataa Caber, 35 – Masaki Murata, 56. Roi Kehat, 69.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “Neftçi Arena”, 16:30.

“Turan Tovuz” – “Sabah” 2:3
Qollar: Fərid Nəbiyev, 35-pen. Bruno Qonçalves, 38 – Davit Volkov 9, 25, 42.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Tovuz şəhər stadionu, 19:00.

12 noyabr

“Zirə” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Zirə İdman Kompleksinin stadionu, 16:30.

“Qarabağ” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Vüsal Məmmədov, Kamal Umudlu.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: