Braziliyalı TV ulduzu, bloqqer, model və Neymarın yaxın rəfiqəsi Luana Andrade piygötürmə əməliyyatı zamanı qəflətən xəstəxanada vəfat edib.
Arena.az bu barədə “New York Post” nəşrinə istinadən məlumat verir.
“İki pis xəbərlə kədərli gün. Əvvəlcə Bru’nun valideynləri hücuma məruz qalır, amma şükür Tanrıya, hər şey qaydasındadır! İkincisi, rəfiqəmin ölümü. Bütün ailəsinə başsağlığı verirəm, Tanrı Luananı qucaq açıb qəbul etsin”, – Neymar sosial şəbəkədə yazıb.
Xatırladaq ki, Andrade xüsusi cərrah tərəfindən diz liposaksiyasını etdirmək üçün San-Pauludakı San-Luis xəstəxanasına müraciət edib. Əməliyyat zamanı qadının ürəyi dayanıb. Təcili müayinə Andradedə geniş tromboz olduğunu müəyyən edib. Modelin ölüm səbəbi ağciyər arteriyasının tromboemboliyası olub.
Xatırladaq ki, Neymar aldığı zədə səbəbindən keçirdiyi cərrahi əməliyyatdan bir neçə gün öncə çıxıb və hazırda sağalmaqla məşğuldur.




