Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 13-cü turuna yekun vurulub.
Arena.az xəbər verir ki, turun qapanış matçında isə son çempion “Qarabağ”la cari mövsümdə inamlı təsir bağışlayan “Səbail” üz-üzə gəliblər.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunda Ağdam təmsilçisi inamlı qələbəyə sevinib. “Səbail” yalnız təsəlli qolunu vurmağa imkan tapıb.
Xatırladaq ki, turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” evdə “Kəpəz”ə (0:1), “Neftçi” “Sumqayıt”a (1:2), “Turan Tovuz” isə “Sabah”a (2:3) məğlub olmuşdu. Bu gün baş tutan “Zirə” – “Qəbələ” matçında da meydan sahibləri 1:0 hesabıyla qalib gəlmişdilər.
Premyer Liqa
13-cü tur
12 noyabr
“Qarabağ” – “Səbail” 3:1
Qollar: Toral Bayramov, 8. Yassin Benzya, 43. Olavio Juninyo, 55 – Pedro Nuno, 76.
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Vüsal Məmmədov, Kamal Umudlu.
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.
Qarabağ: 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 66. Patrik Andrade, 7. Yassin Benzya, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
Səbail: 1. Səlahət Ağayev (k), 74. Yusif Nəbiyev, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 19. Samir Abdullayev, 3. Silven Deslandes, 44. Yadin Luqasi.
Baş məşqçi: Şahin Diniyev.


