Liqa 1: Lion “Olimpik”i ilk qələbəsini 12-ci turda qazandı

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 12-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə beş qarşılaşma baş tutub.

“Lill” – “Tuluza” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Klermon” “Loryan”ı minimal hesabla məğlub yola salıbsa, “Mets” doğma meydanda “Nant” üzərində inamlı qələbəyə sevinib.

Mövsümə çox pis başlamış və sonuncu pillədə olan Lion “Olimpik”i bu dəfə səfərdə “Renn” ilə üz-üzə gəlib. Lionlular nəhayət ki, bu dəfə ilk qələbə sevincini yaşayıblar. Amma bu, 7 xalı olan “Olimpik”i turnir cədvəlinin “zirzəmi”sindən çıxarmayıb.

Marsel “Olimpik”i isə “Lans”la səfər oyununda məğlubiyyətə üzülüb.

Xatırladaq ki, 12-ci turun “Brest” – “Strasburq” oyunu dekabrın 7-də keçiriləcək.

Hazırda 27 xala malik PSJ Fransa çempionatının vahid lideridir. “Nitsa” 26 xalla ikinci, “Monako” 24 xalla üçüncüdür. “Lill” və “Reyms”in 20, “Havr” və “Brest”in 15, “Nant”ın 14, Marsel “Olimpik”i və “Mets”in 13 xalı var.

Fransa, Liqa 1
12-ci tur
10 noyabr

Monpelye – Nitsa 0:0

11 noyabr

Reyms – PSJ 0:3
Qollar: Mbappe, 3; 59; 82.

Havr – Monako 0:0

12 noyabr

Klermon – Loryan 1:0
Qol: Nikolson, 69-pen.

Lill – Tuluza 1:1
Qollar: Yoro, 30 – Dallinqa, 65.

Mets – Nant 3:1
Qollar: Van Den Kerkhof, 3. Elisor, 28. Asoro, 85 – Simon, 12.

Renn – Olimpik (Lion) 0:1
Qol: Obrayn, 67.

Lans – Olimpik (Marsel) 1:0
Qol: Qradit, 90.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: