Cüdo: Millimiz Avropa Kubokundan 4 medalla qayıdır

Macarıstanın Dyör şəhərində yeniyetmələr arasında təşkil olunmuş cüdo üzrə Avropa Kuboku ötən gün başa çatıb.

Arena.az xəbər verir ki, Azərbaycan cüdoçuları sonuncu yarış günündə daha 2 medal qazanıblar.

Turnirin ikinci günündə oğlanlar arasında -73, -81 və -90 kq çəki dərəcələrində 11 cüdoçumuz medallar uğrunda mübarizə aparıblar. Əhməd Mehdiyev (-73 kq) və Əli Qazıməmmədov (-81 kq) bürünc medal qazanıblar.

Beləliklə, Azərbaycan cüdoçuları Avropa Kubokunu 4 (2 gümüş və 2 bürünc) medalla başa vurublar. Cüdoçularımız yarışda medal əyarına görə ümumi hesabda 11-ci, oğlanlar arasında isə 6-cı yeri tutublar.

Xatırladaq ki, iki gün davam edən yarışda Azərbaycan oğlanlar arasında 7 çəki dərəsində 32 cüdoçu ilə təmsil olunub.

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri İslam Nəcəfquluyev, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Akif Tahirov və Fariz Hüseynov da Avropa Kubokunda ədalət təmsilçiləri arasında yer alıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş: