Tomas Bax: “Bu ideyaya xəyanət etmək mümkün deyil”

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Tomas Bax 2024-cü il Paris Yay Olimpiya Oyunlarının ləğvi ehtimalını qəti şəkildə istisna edib.

Arena.az “Inside the Games” dərgisinə istinadən məlumat verir ki, Bax dünyada geosiyasi münaqişələrin sayının artması səbəbindən müvafiq ehtimalın mümkünlüyünü yanlış hesab edir:

“Bizim çox güclü geosiyasi gərginliyimiz var. Olimpiadanı qurban verəcəyik demək, tamamilə yanlış yanaşma olardı. Hökumətlər və ölkələr arasında çoxlu müharibələrimiz olub, amma idmançılar həmişə Oyunlarda iştirak ediblər. Bu, Olimpiya məqsədinə uyğundur. Beynəlxalq Olimpiya Komitəsi çərçivəsində idmanın əsas ideyasına xəyanət etmək mümkün deyil. BMT-nin tərifinə görə hazırda dünyada 28 müharibə var. Bizim məqsədimiz – idmançıların və idmanın humanitar məqsədidir. Biz bunu nəzərə almağa çalışırıq. İnsanlar həm də onları birləşdirən nəyəsə ehtiyac duyurlar”, Tomas Bax vurğulayıb.

Xatırladaq ki, XXXIII Yay Olimpiya Oyunları 2024-cü ilin 26 iyul – 11 avqust tarixləri aralığında Fransanın paytaxtı Paris şəhərində keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: