Cüdo üzrə gənc qızlardan və oğlanlardan ibarət Azərbaycan millisinin qarşıdakı Avropa çempionatı üçün heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, yığma komandalarımız 17-19 noyabrda 23 yaşa qədər cüdoçular arasında keçiriləcək Avropa çempionatına hazırlığı başa çatdırıblar.
Almaniyanın Potsdam şəhərində baş tutacaq yarışda Azərbaycan qızlar və oğlanlar arasında 14 çəki dərəcəsində 16 cüdoçu ilə təmsil olunacaq.
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentin müşaviri Natiq Bağırov milli komandaların təlim-məşq toplanışlarına baş çəkib. O, cüdoçuların hazırlığı ilə maraqlanıb, idmançılarımıza yarışda müvəffəqiyyətlər arzu edib.
Avropa çempionatında cüdoçulara böyüklərdən ibarət yığmanın böyük məşqçisi Slavko Tekiç, böyüklərdən ibarət millinin məşqçisi Rüstəm Alimli rəhbərlik edəcəklər. Xanım cüdoçularımız isə qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və qadınlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədovun rəhbərliyi altında çıxış edəcəklər.
İdmançılar 17-18 noyabrda çempionatın fərdi yarışlarında, 19 noyabrda isə komanda yarışlarında iştirak edəcəklər.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Arzu Acalova ədalət təmsilçiləri arasında yer alacaq.
Avropa çempionatına qatılacaq Azərbaycan millisinin heyətini təqdim edirik:
Qızlar
-48 kq
Könül Əliyeva
-52 kq
Aydan Vəliyeva
-57 kq
Fidan Əlizadə
-63 kq
Aytac Qardaşxanlı
-70 kq
Südabə Ağayeva
-78 kq
Nərmin Əmirli
+78 kq
Nigar Süleymanova
Oğlanlar
-60 kq
Məhəmməd Musayev
-66 kq
Aydın Rzayev
Qasım Vəlizadə
-73 kq
Qadir Hüseynov
Nəriman Mirzəyev
-81 kq
Məhərrəm İmamverdiyev
-90 kq
İsmayıl Zamanov
-100 kq
Ruslan Nəsirli
+100 kq
Kənan Nəsibov


