Böyük Britaniyanın “Ilicit Encounters” saytının istifadəçilərinə görə, boksçu Tayson Fyuri “dünyanın ən seksual idmançısı” adının sahibidir.
Arena.az məlumat verir ki, müvafiq seçim üzrə aparılmış səsvermədə britaniyalı peşəkar boksçu portuqal ulduz futbolçu Kristiano Ronaldonu və özünün kiçik qardaşı Tommi Fyurini qabaqlayıb.
“İndi mən ailədə bu nailiyyətlə öyünəcəyəm. Tommi – nə gündəsən, sən eybəcərsən! Necə oldu ki, cəmi 13-cü yeri tuta bildin? İlk öncə, mənə dəstək olan hər kəsə təşəkkür etmək istəyirəm. Bütün dostlara və ailəmə. Bu, mənim üçün xüsusi bir məqamdır. Mən ən seksual idmançıyam. Heç vaxt “heç vaxt” demə!”, deyə Fyuri “Sportskeeda”ya müsahibəsində fərəhlə bildirib.
Xatırladaq ki, 2024-cü il fevralın 17-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Tayson Fyuri ilə ukraynalı boksçu Aleksandr Usik arasında möhtəşəm boks döyüşü baş tutacaq.



