AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Fransa – Cəbəllüttariq oyunu (14:0) “xoruzlar” üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, “B” qrupunun 8-ci turu çərçivəsində keçirilmiş bu oyunda Fransa yığması 3 rekorda imza atıb.
Əvvəla, Fransa yığması Avropa çempionatlarının seçmə mərhələsi çərçivəsində tarixən ən böyükhesablı qələbə rekordu müəyyənləşdirib – 14:0. Buna qədər mütləq rekord Almaniya yığmasına məxsus idi. Bundestim San-Marino kollektivini 13:0 hesabı ilə tar-mar etmişdi.
İkincisi, Avropa çempionatlarının seçmə mərhələsi çərçivəsində tarixən bir oyunda vurulmuş qolların sayı üzrə rekokrdur ki, bu rekordun da əvvəlki sahibi elə, həmin San Marino yığması ilə 13:0 hesablı görüşdə Almaniya millisi olub.
Və ən nəhayət Fransa yığması tarixi ərzində ən böyükhesablı qələbəsini qazanmış olub. Buna qədər “xoruzlar”ın ən böyükhüsablı qələbəsi milli komandamız – Azərbaycan millisi ilə oyunda qeydə alınmışdı – 10:0.
Beləliklə, 7 turdan sonra 21 xal toplamış Fransa komandası mütləq nəticə ilə “B” qrupuna başçılıq edir. Qrup sonuncusu Cəbəllüttariq yığması isə xalsızdır və nəinki qrupun, ümumiyyətlə seçmə mərhələnin ən zəif yığmasıdır.


