Federiko Valverdenin həyat yoldaşı onunla tanışlığından danışdı

“Real”ın uruqvaylı mərkəz yarımmüdafiəçisi Federiko Valverdenin həyat yoldaşı Mina Bonino futbolçu ilə tanışlığından danışıb.

Arena.az AS dərgisinə istinadən Mina Boninonun xatirələrini təqdim edir:

“Sosial şəbəkələrdə ünsiyyət qurmağa başladıq və bir gün o, məndən soruşdu: “Sən Madridə gələcəksən?” Mən isə bəli cavabını verdim. Sonra isə təyyarəyə minəndə düşündüm: “Mən bu oğlanı tanımıram, nə edirəm? Mən onun səsini heç vaxt eşitməmişəm. Əgər onun dəhşətli boğuq səsi varsa, görüşəcəyik, və nə etməliyik?”.

Onda mən ona deyirəm: “Əgər heç nə alınmasa, anlamağına imkan verəcəyəm, narahat olma. Madriddə çoxlu dostum var. Əgər məndən və ya başqa bir şeydən xoşun gəlməsə, mənə de, çünki belə olur”.

Onu görəndə ilk dediyim bu oldu: “Uf, bu gerçəkdir”. Onun bu qədər hündür olduğunu düşünmürdüm və çox xoşuma gəldi. Sonradan isə çox yaxşı yoldaş oldu. Biz çox yaxşı anlaşırıq və o, çox yaxşı oğlandır”, deyə həyat yoldaşı, Federiko haqda razılıq edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: