“Xarı Bülbül” “Panatinaikos”u qəbul edir

Azərbaycanın kişi voleybolçulardan ibarət “Xarı Bülbül” (Şuşa) komandası Çelenc kubokunda bu gün növbəti oyununu keçirəcək.

Arena.az xəbər verir ki, Şuşa təmsilçisi 1/16 final mərhələsində Yunanıstanın “Panatinaikos” kollektivi ilə mübarizə aparacaq.

Bu rəqiblə ilk matç Bakıda baş tutacaq. Ziya Rəcəbovun baş məşqçisi olduğu kollektiv Yunanıstan təmsilçisini Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində qəbul edəcək. Qarşılaşmaya saat 19:00-da start veriləcək.

Afina təmsilçisi ilə cavab görüşü isə noyabrın 29-da Yunanıstanda reallaşacaq.

Xatırladaq ki, “Xarı Bülbül” Çelenc kubokunun 1/32 finalında Slovakiyanın “Spartak” komandasını hər iki görüşdə məğlub etmişdi (3:0, 3:1).

Xəbəri sosial şəbəkələrdə paylaş: