PSJ Uorren Zair-Emerinin zədəsi haqda məlumatı təsdiqlədi

PSJ-nin mərkəz yarımmüdafiəçisi Uorren Zair-Emerinin zədə səbəbindən ilin sonuna qədər yaşıl meydanlardan kənarda qalacağını təsdiqlənib.

Arena.az bu barədə Paris klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Zair-Emeri 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Cəbəllütariq yığması ilə keçirilən oyunda (14:0) Fransa yığmasının heyətində debütü zamanı zədələnib. Yarımmüdafiəçini oyunun 20-ci dəqiqəsində Yusuf Fofana əvəzləyib. Buna qədər Uorren oyunun 16-cı dəqiqəsində debütünü qolla qeyd etməyə macal tapmışdı.

Zair-Emeriyə sağ topuq nahiyəsində orta dərəcəli zədə diaqnozu qoyulub. Bu o deməkdir ki, Uorren 2023-cü ilin sonuna qədər PSJ-yə kömək edə bilməyəcək.

Zair-Emeri PSJ-nin yetirməsidir və klubun əsas komandasında 2022-ci ilin iyul ayından çıxış edir. Uorrenin Paris klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə gənc yarımmüdafiəçi parislilərin heyətində 15 oyuna 2 qol, 5 məhsuldar ötürmə ilə fərqlənib. Zair-Emerinin Fransa nəhnginin heyətində ümumi statistikası isə belədir: 46 oyun, 4 qol, 5 məhsuldar ötürmə. Uorren PSJ ilə 2022/2023 mövsümü Fransa La Liqasının qalibi olub.

Uorren Zair-Emeri, qeyd etdiyimiz kimi, Fransa yığmasının heyətində noyabrın 18-də debüt edib və 1 qol vurub. Uorren “xoruzlar”ın U-17 yığması ilə 2022-ci il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı Uorren Zair-Emerini 50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: