Futbol üzrə Azərbaycan Premyer Liqasının 14-cü turunun “Sumqayıt” – “Zirə” matçı 0:0 hesablı heç-heçə ilə başa çatdı.
Arena.az Sumqayıtda baş tutan bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Premyer Liqası
14-cü tur
26 noyabr
“Sumqayıt” – “Zirə” 0:0
Sarı vərəqə: Rövlan Muradov, 64 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 18:00. “Sumqayıt Arena”, 1300 tamaşaçı.
Baş hakim: Əliyar Ağayev.
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli.
Dördüncü hakim: Əli Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə (18. Kristian Velinovski, 69), 19. Roi Kehat, 12. Abu Dosso, 10. Kamran Əliyev (6. Vüqar Mustafayev, 81), 9. Erik Sorqa (30. Kamran Quliyev, 72), 71. Masaki Murata (58. Oktavio Manteka, 81), 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 36. Xəyal Fərzullayev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı.
Məşqçi: Mübariz Orucov.
Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev (8. İlkin Muradov, 89), 10. Rəhim Sadıxov (20. İsmayıl İbrahimli, 63), 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 5. Stefan Akka, 4. Ruan Renato, 15. Pyer Zebli, 28. Abbas İbrahim (70. İssa Cibrilla, 89), 6. Eldar Quliyev (9. Vladislav Kulaç, 63), 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias.
Baş məşqçi: Rəşad Sadıqov.


