“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri A Seriyasının 13-cü turunda “qoca sinyora”nın “İnter”lə oyununu (1:1) şərh edib.
Arena.az “Football Italia” dərgisinə istinadən Alleqrinin bu barədə fikirlərini təqdim edir:
“Çox axmaq qol buraxdıq, xüsusən də hesabı açandan bir neçə dəqiqə sonra baş verdiyi üçün. “İnter” artıq göstərdi ki, qaçmağa məkanı olanda oynamaq onun üçün asanlaşır. Komanda yaxşı oynadı, amma asan olmadı. Belə görünür ki, “Yuventus” üç ildir ki, onları birinci yerə çıxara biləcək heç bir oyunda iştirak etmir. Mən də dörd il yarımdır ki, bunu etmirəm.
Məqsədimiz ilk 4-lüyə düşməkdir. Səhv edəcəyimizi gözləyən komandaya qarşı oyuna düzgün yanaşdıq, bu, yetkinliyimizin nümayişi idi. Qoldan qaçmaq olardı, amma bu, yüksək səviyyəli komandalarla oyunlarda olur. Bu gün əsas məsələ məğlubiyyətdən qaçmaq idi və bu, bizə artım üçün əlavə təkan verir”, deyə Massimiliano Alleqri bildirib.
Heç-heçə “İnter”in zirvədə saxlayıb, “neradzurri” 32 xalla A Seriyasının turnir cədvəlində liderliyini sürdürür. “Yuventus” isə 30 xalla milanlıları təqib etməkdə davam edir.


