“İnter”in baş məşqçisi Simone İnzaqi A Seriyasının 13-cü turunda “neradzurri”nin “Yuventus”la oyununu (1:1) şərh edib.
Arena.az DAZN agentliyinə istinadən italyan mütəxəssisin bu barədə fikirlərini diqqətinizə çatdırır:
“Biz məhz belə bir “Yuventus”a hazırlaşırdıq – bilirdik ki, rəqib gözləyəcək və çox dərindən müdafiə olunacaq. Bu qarşılaşma ötənilki kimi oldu – onda biz daha çox imkan yaradaraq məğlub olmuşduq. Biz bilirik ki, “Yuventus” yaxşı müdafiə olunur və liqada ikinci yeri tutan komandaya qarşı güclü oyun keçirdik”, deyə Simone İnzaqi bildirib.
Heç-heçə “İnter”in zirvədə saxlayıb. “Neradzurri” 32 xalla A Seriyasının turnir cədvəlində liderliyini sürdürür. “Yuventus” isə 30 xalla Milan təmsilçisini təqib etməkdə davam edir.


