“Xarı Bülbül” üçün Yunanıstan sınağı

Azərbaycanın kişi voleybolçulardan ibarət “Xarı Bülbül” (Şuşa) komandası Çelenc kubokunda bu gün növbəti oyununu keçirəcək.

Arena.az xəbər verir ki, Şuşa təmsilçisi 1/16 final mərhələsində Yunanıstanın “Panatinaikos” kollektivi ilə mübarizə aparır.

Bu rəqiblə ilk matç Bakıda baş tutmuşdu. Ziya Rəcəbovun baş məşqçisi olduğu kollektiv Yunanıstan təmsilçisini Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində qəbul etmiş və 0:3 hesabıyla məğlub olmuşdu.

Afina təmsilçisi ilə cavab görüşü isə bu gün Yunanıstanda reallaşacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 22:30-da start veriləcək.

Xatırladaq ki, “Xarı Bülbül” Çelenc kubokunun 1/32 finalında Slovakiyanın “Spartak” komandasını hər iki görüşdə məğlub etmişdi (3:0, 3:1).

Xəbəri sosial şəbəkələrdə paylaş: