“Səbail” bunu 2470 gün sonra bacardı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Səbail” tarixinin ən böyükhesablı kubok qələbəsini qazanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Şahin Diniyevin yetirmələri Azərbaycan kubokunun 2023/2024 mövsümünün 2-ci təsnifat mərhələsində “Şəfa”nı 7:0 hesabı ilə məğlub edib.

Bu, həm də klubun tarixində bütün turnirlər nəzərə alınmaqla ən böyükhesablı səfər qələbəsinin təkrarıdır. Bakı klubu Birinci Divizionda oynadığı 2016/2017 mövsümündə də rəqib meydanında 7 top fərqi ilə qalib gəlib.

2017-ci il fevralın 22-də “dənizçilər” “Göyəzən”lə səfər matçında indiki kimi 7 cavabsız qolla üstün olub. Həmin rekordu təxminən 6 il 9 aydan – 2470 gündən sonra təkrarlayan paytaxt təmsilçisi tarixinin üç ən böyükhesablı qələbəsindən birini bayram edib.

“Səbail” tarixinin ən böyük qalibiyyəti də Birinci Divizionda qeydə alınıb. Paytaxt klubu “Bakılı”nı 11:3 hesabı ilə məğlub edib. 2016-cı il noyabrın 24-dəki həmin rekord fərqin təkrarlanması üçün bir top çatmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: