Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 15-ci turuna start verilib.
Arena.az xəbər verir ki, turun açılış matçı Mərdəkanda baş tutub.
Burada “Araz-Naxçıvan” “Səbail”lə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmada hesabı nominal meydan sahibləri açıblar. Amma “dənizçilər” son saniyələrdə bərabərlik qolunu vurmağı bacarıblar. Beləcə, turun açılış matçı bərabərliklə bitib.
Günün digər matçı isə “Turan Tovuz”la “Sumqayıt” arasında keçiriləcək. Bu oyuna saat 18:30-da start veriləcək.
“Kəpəz” – “Sabah” və “Neftçi” – “Zirə” oyunları sabah keçiriləcək. Turun dekabrın 4-də baş tutacaq “Qarabağ” – “Qəbələ” matçı ilə yekun vurulacaq.
Premyer Liqa
15-ci tur
2 dekabr
“Araz-Naxçıvan” – “Səbail” 1:1
Qollar: Məhəmməd Kadiri, 18 – Numan Kurdiç, 90+3.
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Rəhman İmami, Kamran Əliyev.
Bakı. “Dalğa Arena”, 16:00.
Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike, 14. Miço Kuzmanoviç.
Baş məşqçi: Azər Bağırov.
Səbail: 1. Səlahət Ağayev (k), 74. Yusif Nəbiyev, 15. Vüqar Həsənov, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 5. Adil Nağıyev, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 19. Samir Abdullayev, 3. Silven Deslandes, 44. Yadin Luqasi.
Baş məşqçi: Şahin Diniyev.


