Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Ümraniyəspor” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Türkiyə Kubokunun 4-cü təsnifat mərhələsi çərçivəsində “Çankaya” ilə qarşılaşıb.
“Ümraniyəspor” bu rəqibini 2:1 hesabıyla məğlub edərək Türkiyə Kubokunda növbəti mərhələyə vəsiqə qazanıb.
Coşqun bu görüşün 71-ci dəqiqəsində meydana buraxılıb. Azərbaycanlı futbolçu bu matçda fərqlənə bilməyib.
Xatırladaq ki, Coşqun Diniyev “Ümraniyəspor”la bu ilin iyul ayında 1+1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçu sözügedən komandanın heyətində indiyə qədər 15 oyuna çıxıb, 2 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.


