Futbol üzrə Kamerun yığmasının və İngiltərənin “Liverpul” klubunun mərkəz müdafiəçisi Joel Matip mövsümün qalan hissəsini buraxacaq.
Arena.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin baş məşqçisi Yurgen Klopp məlumat verib.
O, Premyer Liqanın 14-cü turunun “Fulhem”lə matçında zədələnən kamerunlu müdafiəçinin dizinin ön çarpaz bağının yırtıldığını bildirib:
“Təəssüf ki, ilk saniyədən gözlədiyimiz oldu. Onun öz çarpaz bağı yırtılıb. Bəxtimiz gətirmədi”.
Xatırladaq ki, Joel Matip 2016-cı ildən “Liverpul”da çıxış edir. 32 yaşlı futbolçu bu mövsüm bütün turnirlər çərçivəsində 14 oyuna çıxıb. Onun “Liverpul”dakı ümumi karyerası isə 201 oyun, 11 qol və 6 məhsuldar ötürmədən ibarətdir.
Matipin “Liverpul”la müqaviləsi bu mövsümün sonunda başa çatır.
Kamerun yığmasının sabiq üzvü daha öncə yalnız “Şalke”də oynayıb – 256 oyun, 23 qol və 14 məhsuldar ötürmə.
Matip 2010-cu ilin mart ayında debüt etdiyi Kamerun yığmasında 27 oyun keçirib, 1 qol vurub.


