La Liqa: “Atletiko” 3, “Levante” 5 qolla qalib gəldi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünün 3-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Yeddi qolun qeydə alındığı “Levante” – “Betis” matçında meydan sahibləri darmadağına seviniblər. “Real Sosyedad” da “Espanyol”u xalsız yola salıb. Səfərdə “Sevilya” ilə qarşılaşmış Madrid “Atletiko”su da turu qələbə ilə başa vurub.

3-cü turun qalan görüşləri avqustun 30-da və 31-də keçiriləcək.

İspaniya, La Liqa
3-cü tur

28 avqust

Rasinq – Elçe 3:2
Alaves – Vilyarreal 1:0

29 avqust

Levante – Betis 5:2
Real Sosyedad – Espanyol 2:1
Sevilya – Atletiko 1:3

30 avqust

19:00. Real – Malaqa
21:30. Deportivo – Valensiya
23:30. Selta – Atletik

31 avqust

21:30. Osasuna – Xetafe
23:30. Barselona – Rayo Valyekano

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: