Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün əvvəlki turlarından təxirə salınmış daha bir oyun keçirilib.
Arena.az xəbər verir ki, günün yeganə matçında “Brest” və “Strasburuq” komandaları üz-üzə gəliblər.
Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Hesabı ilk hissənin sonlarında meydan sahibləri açıblar. Amma qonaqlar matçın sonuna 10 dəqiqə qalmış bərabərlik qolunu vurmağa nail olublar.
Bu nəticədən sonra “Brest” turnir cədvəlində 22 xalla 7-ci pillədə qərarlaşıb. “Strasburq” isə 14 xalla 12-cidir.
Fransa, Liqa 1
12-ci turun oyunu
7 dekabr
“Brest” – “Strasburq” 1:1
Qollar: Le Duaron, 44 – Emeqa, 80.


