Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”la yenə bacarmadı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 16-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə ikinci qarşılaşması Zirədə baş tutub.

Bu komandalar arasında yeganə oyun cari mövsümdə baş tutmuşdu. “Araz-Naxçıvan” evdə minimalhesablı qələbə qazanmışdı. “Zirə” həmin məğlubiyyətin əvəzini çıxmaqla liderlər qrupundakı mövqeyini qorumaq arzusundaydı. Lakin tərəflərin bütün cəhdlərinə baxmayaraq, bu oyunda qapılara qol vurulmayıb.

Xatrıladaq ki, turun əvvəlki oyunlarında “Sumqayıt” evdə “Qarabağ”a 1:6, “Qəbələ” isə “Kəpəz”ə 0:3 hesabıyla uduzmuşdu. “Sabah” – “Səbail” və “Neftçi” – “Turan Tovuz” oyunları isə sabah keçiriləcək.

Premyer Liqa
16-cı tur
9 dekabr

“Zirə” – “Araz-Naxçıvan” 0:0
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Əli Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

Zirə: 97. Tyaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Akka, 44. Dmitrios Çantakias, 70. İssa Cibrilla, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 28. Abbas İbrahim.
Baş məşqçi: Rəşad Sadıqov.

Araz-Naxçıvan: 12. Kristian Avram, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 82. Vüsal Alızadə, 19. Aksel Nqando, 9. Elvis Maşike, 14. Miço Kuzmanoviç.
Baş məşqçi: Azər Bağırov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: