“Real”ın italyan baş məşqçisi Karlo Ançelotti həmkarı, “Yuventus”un çalışdırıcısı, italyan mütəxəssis Massimiliano Alleqri haqda danışıb.
Arena.az “Football Italia” dərgisinə istinadən məlumat verir ki, Ançelotti Alleqrinin rəhbərliyi altında son iki ildə bir dəfə də olsun kubok qazana bilməyən “Yuventus” haqda nə düşündüyü barədə sualı cavablayıb:
“Alleqri, Mourinyo və mən daha praktik və yeni nəsillə mübarizə aparan köhnə nəslə aidik. Ola bilsin ki, Alleqriyə təəccüblü deyil, amma bildiyimə görə, o, hazırda “Yuventus”la A Seriyasında 1-ci yerdədir”, deyə təcrübəli mütəxəssis bildirib.
Xatırladaq ki, İtaliya A Seriyasının 15-ci turu çərçivəsində Massimiliano Alleqrinin yetirmələri cari çempion “Napoli”ni 1:0 hesabı ilə məğlub ediblər.


