Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 11-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı MOİK – “Zaqatala” matçında meydan sahibləri qələbə qazanıblar. “Difai Ağsu” da “Karvan”ı məğlub yola salıb.
Birinci Liqa
11-ci tur
13 dekabr
MOİK – “Zaqatala” 2:1
Qollar: İsa Zeynallı, 9-pen. Ramil Orucov, 88 – Roini İsmayılov, 23.
Hakimlər: Əkbər Əhmədov, Asif Abdullayev, Rəhman Aslanov, Şamil İmanzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Binə qəsəbə stadionu, 14:00
“Difai Ağsu” – “Karvan” 1:0
Qol: Coşqun Əsədzadə, 90.
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Pərvin Talıbov, Səbuhi Bayramov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Şamaxı şəhər stadionu, 14:00
14 dekabr
“İrəvan” – “Qaradağ Lökbatan”
Hakimlər: Emin Əliyev, Tərlan Talıbzadə, Rasim Axundov, Mahmud Bağırzadə
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Bakı. “ASK Arena”, 13:00
“Mingəçevir” – “Araz Saatlı”
Hakimlər: İslam Məmmədov, Vüqar Bayramov, Anar Bədəlov, Kamil Aydınov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00
“Şamaxı” – “İmişli”
Hakimlər: Əli Əliyev, Ruslan Quliyev, Samir Qaracayev, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
Şamaxı şəhər stadionu, 14:00


