Premyer Liqa: “Kəpəz”lə “Sumqayıt” üçün Tovuz dueli

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 17-ci turuna start veriləcək.

Arena.az xəbər verir ki, bu turun matçları dörd günü əhatə edəcək.

İlk oyun günündə bir qarşılaşma baş tutacaq. Turun açılış matçı Tovuzda keçiriləcək. Burada “Kəpəz” “Sumqayıt”la üz-üzə gələcək. Əvvəlki turda “Qarabağ”a böyük hesabla uduzmuş Sumqayıtın eyniadlı təmsilçisi hazırda 23 xalla 4-cü sırada qərarlaşıb. Səfərdə “Qəbələ”yə 3 cavabsız qolla qalib gəlmiş “Kəpəz” isə 13 xalla 9-cudur.

“Kəpəz”lə “Sumqayıt” indiyə qədər 25 oyunda üz-üzə gəliblər. Bu görüşlərdə 8 heç-heçə qeydə alınıbsa, Gəncə təmsilçisi 6, Sumqayıt klubu 11 qələbəyə sevinib. “Sumqayıt” son 4 matçda qol vurub. “Kəpəz” son 2 oyunda uduzub.

Premyer Liqa
17-ci tur
14 dekabr

“Kəpəz” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
VAR: Rəşad Əhmədov.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu, 15:30

15 dekabr

“Araz-Naxçıvan” – “Sabah”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. “Dalğa Arena”, 15:00.

“Səbail” – “Qəbələ”
Hakimlər: Rauf Cabbarov, Müslüm Əliyev, Asiman Əzizli, Emin Əliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
“Bayıl Arena”, 13:00.

16 dekabr

“Turan Tovuz” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Kamran Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu, 18:00.

18 dekabr

“Qarabağ” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Vüsal Məmmədov, Kamal Umudlu.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: