Birinci Liqa: “İrəvan” uduzdu, “Şamaxı” xal itirdi

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 11-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“İrəvan” “Qaradağ Lökbatan”la ev oyunundan məğlubiyyətlə ayrılıb. “Mingəçevir” çempionatın aşkar autsayderi “Araz Saatlı” üzərində inamlı qələbəyə sevinib.

“Şamaxı” – “İmişli” matçında isə qapılara qol vurulmayıb.

Birinci Liqa
11-ci tur
13 dekabr

MOİK – “Zaqatala” 2:1
Qollar: İsa Zeynallı, 9-pen. Ramil Orucov, 88 – Roini İsmayılov, 23.
Hakimlər: Əkbər Əhmədov, Asif Abdullayev, Rəhman Aslanov, Şamil İmanzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Binə qəsəbə stadionu, 14:00

“Difai Ağsu” – “Karvan” 1:0
Qol: Coşqun Əsədzadə, 90.
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Pərvin Talıbov, Səbuhi Bayramov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Şamaxı şəhər stadionu, 14:00

14 dekabr

“İrəvan” – “Qaradağ Lökbatan” 0:2
Qollar: Tunar Mütəllimov, 76. Seyxan Fərəcov, 83.
Hakimlər: Emin Əliyev, Tərlan Talıbzadə, Rasim Axundov, Mahmud Bağırzadə
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Bakı. “ASK Arena”, 13:00

“Mingəçevir” – “Araz Saatlı” 3:1
Qollar: Vidadi Cəfərov, 29; 57. Əsgər Hüseynov, 78 – Şequn Omotoşo, 60.
Hakimlər: İslam Məmmədov, Vüqar Bayramov, Anar Bədəlov, Kamil Aydınov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00

“Şamaxı” – “İmişli” 0:0
Hakimlər: Əli Əliyev, Ruslan Quliyev, Samir Qaracayev, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
Şamaxı şəhər stadionu, 14:00

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: