Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 17-ci turunun növbəti oyunları keçirilir.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk matçı “Səbail”lə “Qəbələ” arasında baş tutub.
Bakılılar bu oyuna qədər 23 xalla 5-ci olduqları halda, əyalət təmsilçisi 11 xalla sonuncu idi. “Qəbələ” son iki turda xala həsrət qalmışdısa, “Səbail” dörd oyun idi qələbə qazana bilmirdi.
Bu oyunda isə paytaxt təmsilçisi qələbə qazanıb. Son turlarda “Qarabağ”a və “Kəpəz”ə 3 cavabsız qolla uduzan “Qəbələ” “Səbail”ə də oxşar hesabla məğlub olub.
Bu gün “Araz-Naxçıvan” – “Sabah” matçı da baş tutacaq. İlk oyun günündə “Kəpəz” – “Sumqayıt” matçı 1:1 hesabıyla başa çatıb. “Turan Tovuz” – “Zirə” matçı sabah, “Qarabağ” – “Neftçi” oyunu isə dekabrın 18-də keçiriləcək.
Premyer Liqa
17-ci tur
15 dekabr
“Səbail” – “Qəbələ” 3:0
Qollar: Yadin Luqasi, 18. İlkin Qırtımov, 52-öz qapısına. Aleksandr Ramalinqom, 60.
Qırmızı vərəqə: Samuel Tetteh, 35.
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Asiman Əzizli, Emin Əliyev.
“Bayıl Arena”, 13:00.
Səbail: 12. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 8. Bahadur Həziyev, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silven Deslandes, 21. Anas Najah, 44. Yadin Luqasi.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 9. Amil Yunanov, 5. Adil Nağıyev, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurrahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 48. Ayaz Mikayılov.
Baş məşqçi: Şahin Diniyev.
Qəbələ: 1. Rəşad Əzizli, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov. 34. Ürfan Abbasov, 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 28. Murad Musayev, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 30. Şahin Şahniyarov, 17. Yaovi Akakpo, 10. Omar Hani.
Baş məşqçi: Elmar Baxşıyev.


