Hövsanda yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən cüdo üzrə Azərbaycan çempionatı davam edir.
Arena.az xəbər verir ki, yarışın ikinci günündə 4 çəki dərəcəsində 90 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Qadınlar -52 və -70 kq, kişilər isə -66 və -90 kq çəki dərəcələrində qaliblərin adına aydınlıq gətiriblər.
Mükafatçıları təqdim edirik:
Qadınlar
-52 kq
- Zeynəb Məmmədova
- Nuray Quliyeva
- Ayşə Qurbanlı
- Fəridə Mirzəyeva
-70 kq
- Günel Həsənli
- Pərvanə Abdullayeva
- Səkinə Baxşıyeva
- Aygül İsmayılova
Kişilər
-66 kq
- Rəşad Yelkiyev
- Tofiq Məmmədov
- Zahir Ağazadə
- Kamran Süleymanov
-90 kq
- Elcan Hacıyev
- Vüqar Talıbov
- İbrahim Ağakişiyev
- Şamil Tuncay
Qeyd edək ki, cüdo üzrə Azərbaycan çempionatı 3 gün davam edəcək. Yarışda ümumilikdə 14 çəki dərəcəsində 300-dən çox cüdoçu medallar uğrunda mübarizə aparır. Çempionata sabah – dekabrın 17-də yekun vurulacaq.


