Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 16-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
“Havr” doğma meydanda “Nitsa”ya qalib gəlib. “Lans” da “Reyms”i məğlub yola salıb.
16-cı turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Fransa, Liqa 1
16-cı tur
15 dekabr
Monako – Olimpik (Lion) 0:1
Qol: Jeffinyo, 85.
16 dekabr
Havr – Nitsa 3:1
Qollar: Sabbi, 5; 35. Bayo, 51-pen – Luşe, 90+1.
Lans – Reyms 2:0
Qollar: Said, 43. Kortes, 75.
17 dekabr
16:00. Nant – Brest
18:00. Loryan – Strasburq
18:00. Mets – Monpelye
18:00. Tuluza – Renn
20:05. Olimpik (Marsel) – Klermon
23:45. Lill – PSJ


