Hövsan qəsəbəsindəki Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən cüdo üzrə Azərbaycan çempionatı başa çatıb.
Arena.az xəbər verir ki, qadınlar və kişilər arasında təşkil olunmuş və üç gün davam edən yarışda 14 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.
Çempionatda 65 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 296 (236 kişi, 60 qadın) cüdoçu güclərini sınayıb. Çempionatın sonuncu günündə 6 çəki dərəcəsində 102 cüdoçu medallar uğrunda mübarizə aparıb. Kişilər arasında -73, -100 və +100 kq, qadınlar arasında isə -57, -78 və +78 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.
Yarışın son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə “Atilla” İdman Klubu, 2-ci yerə “Neftçi” İdman Klubu, 3-cü yerə isə “Cüdo Klub 2012” layiq görülüb. 22 komanda müxtəlif əyarlı medal qazanıb.
Qaliblərin siyahısını təqdim edirik:
Qadınlar
-48 kq
- Şəfəq Həmidova
- Ramilə Əliyeva
- Xumar Qasımzadə
- Leyla Dəmirova
-52 kq
- Zeynəb Məmmədova
- Nuray Quliyeva
- Ayşə Qurbanlı
- Fəridə Mirzəyeva
-57 kq
- Elmira Mustafayeva
- Nərgiz Hacıyeva
- Fidan Qasımova
- Nilgün Rzayeva
-63 kq
- Leyla Hüseynova
- Kamilla Töhöliyeva
- Diana Şoranova
- Leyla Atayeva
-70 kq
- Günel Həsənli
- Pərvanə Abdullayeva
- Səkinə Baxşıyeva
- Aygül İsmayılova
-78 kq
- Fidan Tarverdiyeva
- Nərmin Əmirli
- Aysu Həsənova
- Əsmər Əliyeva
+78 kq
- Nigar Süleymanova
- Elnarə Rəşidova
- Aytəkin Paşazadə
- Kəmalə Hüseynova
Kişilər
-60 kq
- Nazir Talıbov
- Babarəhim Mirzəyev
- Hüseyn Allahyarov
- Kənan Hüseynov
-66 kq
- Rəşad Yelkiyev
- Tofiq Məmmədov
- Zahir Ağazadə
- Kamran Süleymanov
-73 kq
- Rəşid Məmmədəliyev
- İbrahim Əliyev
- Süleyman Əliyev
- Nurlan Osmanov
-81 kq
- Məmmədrza Hacızadə
- Kərim Allahverdiyev
- Ömər Rəcəbli
- Qədir Hüseynov
-90 kq
- Elcan Hacıyev
- Vüqar Talıbov
- İbrahim Ağakişiyev
- Şamil Tuncay
-100 kq
- Hüseyn Dadaşov
- Rüfət İsmayılov
- Əjdər Bağırov
- Ruslan Nəsirli
+100 kq
- Camal Qamzatxanov
- Ramazan Əhmədov
- Kənan Nəsibov
- Camal Feyziyev


