Super Liqa: “Sivasspor” “Başakşəhər”ə uduzdu – Video

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 17-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Başakşəhər” doğma meydanda “Sivasspor” üzərində inamlı qələbəyə sevinib.

Dörd qolun qeydə alındığı “Qaziantep” – “Adana Dəmirspor” matçında qalib müəyyənləşməyib. Qonaqların heyətində Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev 90 dəqiqədə mübarizə aparıb.

“İstanbulspor” – “Trabzonspor” matçı isə başa çatmayıb. Meydan sahiblərinin prezidenti 73-cü dəqiqədə komandasının futbolçularını paltardəyişmə otağına göndərdiyi üçün oyun yarıda qalıb. İstanbul təmsilçisini buna görə cəza və texniki məğlubiyyət gözləyir.

17-ci turun qalan görüşləri 20 və 21 dekabrda keçiriləcək.

Türkiyə, Super Liqa
17-ci tur
19 dekabr

Başakşəhər – Sivasspor 3:1
Qollar: Pyontek, 45; 51. Pelkas, 62 – Says, 26.

Qaziantep – Adana Dəmirspor 2:2
Qollar: A.Kızıldağ, 17. Markoviç, 54 – E.Akbaba, 71. Akintola, 73.

İstanbulspor – Trabzonspor 1:2 (matç yarıda qalıb)
Qollar: M.Sarıkaya, 39 – Trezeqe, 11. Onuaçu, 68.

20 dekabr

18:00. Kayserispor – Fənərbaxça
21:00. Antalyaspor – Kasımpaşa
21:00. Qalatasaray – Fatih Karagümrük

21 dekabr

18:00. Rizəspor – Pendikspor
18:00. Samsunspor – Konyaspor
21:00. Ankaragücü – Hatayspor
21:00. Beşiktaş – Alanyaspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: