Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1/8 final mərhələsinin növbəti oyunları keçirilir.
Arena.az xəbər verir ki, üçüncü oyun gününün ilk qarşılaşması Bayılda “Səbail”lə “Şamaxı” arasında keçirilib.
Ötən mövsümün yekunlarına əsasən Premyer Liqanı tərk etmiş və hazırda Birinci Liqada mübarizə aparan “Şamaxı” elita təmsilçisinə 6 cavabsız qolla uduzub. Nəticədə “Səbail” darmadağınla 1/4 finala yüksəlib.
Günün digər oyunu “Zirə” ilə “Turan Tovuz” arasında baş tutacaq. Premyer Liqa klublarının görüşünə saat 17:00-da start veriləcək.
Xatırladaq ki, əvvəlki günlərdə “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan” və “Qəbələ” də Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanmışdılar. “Qarabağ” – MOİK və “Neftçi” – “Qaradağ Lökbatan” oyunları isə sabah keçiriləcək.
Azərbaycan Kuboku
1/8 final
20 dekabr
“Səbail” – “Şamaxı” 6:0
Qollar: Amil Yunanov, 23-pen; 45. Pedro Nuno, 50. Rüfət Abdullazadə, 56; 80. Adi Mehremiç, 90+2.
Hakimlər: Tural Qurbanov, Rahil Ramazanov, Zöhrab Abbasov, Rövşən Rəcəbov.
“Bayıl Arena”, 14:00.
Səbail: 1. Səlahət Ağayev, 9. Amil Yunanov, 5. Adil Nağıyev (k), 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 44. Yadin Luqasi.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev, 11. Rüfət Abdullazadə, 48. Ayaz Mikayılov, 42. Adəm Topalov, 62. Zaman Zamanlı, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 21. Anas Najah.
Baş məşqçi: Şahin Diniyev.
Şamaxı: 1. Əkpər Vəliyev, 77. İbrahim Aslanlı, 21. Abbas Ağazadə, 80. Zahid Mərdanov, 4. Kənan Quliyev, 13. Ramin Əhmədov (k), 44. Salman Ələsgərov, 97. Elşad Tağıyev, 11. Samir Məhərrəmli, 74. Süleyman Damadayev, 9. Qurban Səfərov.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 22. Sahib Həsənov, 17. Elçin Rəhimli, 23. Rövşən Şahmuradov, 7. Emil Qasımov, 20. Əli Mürsəlov, 99. Cəlal Cəbrayılov, 56. Samir Ağayev, 72. Xəyyam Hüseynov, 88. Elçin Qasımov, 3. Əbil Əbilov, 8. Edqar Adilxanov.
Baş məşqçi: Ramiz Məmmədov.


