“Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasının 1/8 final mərhələsində rəqibi “Napoli” ilə qarşıdakı oyunlar haqda danışıb.
Arena.az AS dərgisinə istinadən ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Onlar İtaliyanın cari çempionudur, biz isə keçən mövsüm İspaniya çempionluğunu qazanmışıq. Onlar da bizimlə eyni vəziyyətdədirlər. Baxarıq, hər iki komanda fevralda hansı vəziyyətdə olacaq. Çətin olacaq, amma biz əminik ki, biz irəliləyəcəyik”, deyə Xavi əminliklə bildirib.
Xatırladaq ki, tərəflər arasında Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu fevralın 13-də Neapolda keçiriləcək. Cavab oyunu martın 5-də Kataloniyanın paytaxtında baş tutacaq.
Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsinin yekunlarına əsasən, “Barselona” “H” qrupundan 12 xalla 1-ci yerdən, “Napoli” “C” qrupundan 10 xalla 2-ci yerdən 1/8 finala yüksəlib.


