Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 17-ci turunun oyunları keçirilib. Arena.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.
“Monpelye” – “Olimpik” (Marsel) matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Dörd qolun qeydə alındığı “Klermon” – “Renn” matçında qonaqlar inamlı qələbəyə seviniblər. “Monako” da səfərdə “Tuluza”dan güclü olub.
Günün qalan bütün oyunları meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Son çempion və lider PSJ bu dəfə “Mets”i məğlub yola salıb. “Brest” “Loryan”a, Lion “Olimpik”i “Nant”a, “Nitsa” “Lans”a, “Reyms” “Havr”a, “Strasburq” da “Lill”ə qalib gəlib.
Beləliklə, 17 turdan sonra 40 xala malik PSJ çempionatın vahid lideridir. “Nitsa” 25 xalla ikinci, “Monako” 33 xalla üçüncü pillədə qərarlaşıb.
“Brest”in 31, “Lill”in 28, Marsel “Olimpik”inin 27, “Lans” və “Reyms”in 26, “Strasburq”un 23 xalı var.
Fransa, Liqa 1
17-ci tur
20 dekabr
Brest – Loryan 4:0
Qollar: Dumbiya, 22; 25; 29; 45+2.
Klermon – Renn 1:3
Qollar: Nikolson, 3 – Kalimuendo, 52. Due, 88. Blas, 90+7-pen.
Olimpik (Lion) – Nant 1:0
Qol: Lakasett, 49.
Monpelye – Olimpik (Marsel) 1:1
Qollar: Fayad, 14 – Veretu, 52.
Nitsa – Lans 2:0
Qollar: Moffi, 76-pen; 78.
PSJ – Mets 3:1
Qollar: Vitinya, 49. Mbappe, 60; 83 – Udol, 72.
Reyms – Havr 1:0
Qol: Nakamura, 25.
Strasburq – Lill 2:1
Qollar: Yoro, 41-öz qapısına. Mvanqa, 76 – Silla, 20-öz qapısına.
Tuluza – Monako 1:2
Qollar: Maqri, 5 – Ben Yedder, 26; 44-pen.


