Adrian Mutuya ağır itki üz verdi, təcili Rumıniyaya getdi

Azərbaycan Premyer Liqasında çıxış edən “Neftçi”nin Rumıniyadan olan baş məşqçisi Adrian Mutuya ağır itki üz verib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Belə ki, rumıniyalı məşqçinin anası Rodika Mutu dünyasını dəyişib. 44 yaşlı mütəxəssis anasının ölümü ilə əlaqədar təcili ölkəsinə yollanıb.

Bu üzdən də “Neftçi” Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində bu gün “Qaradağ Lökbatan”la qarşılaşmaya baş məşqçisiz çıxacaq. Adrian Mutu bu qarşılaşmada texniki zonada yer ala bilməyəcəyi üçün komandanı “Qaradağ Lökbatan”la matça onun köməkçiləri çıxaracaqlar.

Xatırladaq ki, “Neftçi” – “Qaradağ Lökbatan” oyunu saat 18:00-da başlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: