UEFA prezidenti Aleksander Çeferin Avropa Məhkəməsinin Super Liqanın yaradılmasının qanuniləşdirilməsi ilə bağlı verdiyi qərarından danışıb.
Arena.az xatırladır ki, bu gün Avropa Məhkəməsi FIFA və UEFA-nın yeni turnirin keçirilməsini qadağan edən fəaliyyətlərini qanunsuz kimi tanıyıb.
“Biz Super Liqanın yaradılması təşəbbüskarlarının qarşısını almağa çalışmayacağıq. İstədiklərini yarada bilərlər. Ümidvaram ki, ən qısa zamanda turnirlərinə başlayacaqlar… iki klubla… Futbol satılmır”, – jurnalist Fabrisio Romano UEFA prezidenti Aleksander Çeferindən sitat gətirir.
Xatırladaq ki, üç liqaya bölünəcək Super Liqada 64 klubun iştirakı nəzərdə tutulub. Bütün liqalarda yarışlar iki mərhələdə keçiriləcək – “liqa mərhələsi” və “pley-off mərhələsi”. Yeni turnirin ilkin olaraq 2025-ci ildə başlaması planlaşdırılır.
Hazırda Super Liqada cəmi iki klub, İspaniya nəhəngləri “Real” və “Barselona” yer alıb.


