Ris Ceyms əməliyyat olundu, 3-4 ay oynamayacaq

Futbol üzrə İngiltərə milli komandasının və “Çelsi”nin sağ cinah müdafiəçisi Ris Ceyms aldığı zədə səbəbindən əməliyyat olunub.

Arena.az bu barədə London klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

“Zadəganlar”ın rəsmi saytının yaydığı məlumata görə, İngiltərə Premyer Liqasının 16-cı turu çərçivəsində baş tutan “Everton”la oyunda zədələnən 24 yaşlı futbolçu Finlandiyada əməliyyat olunub.

Ceymsin 3-4 ay yaşıl meydanlardan kənarda qalmaq ehtimalı var.

Ris Ceyms “Çelsi”nin öz yetirməsidir. O, bir müddət “Uiqan”da icarədə oynadıqdan sonra yenidən London klubuna qayıdıb. Müdafiəçi doğma klubunun əsas komandasında bütövlükdə 156 oyuna çıxıb. O, bu görüşlərdə 11 qol vurub, 21 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm isə ingilis futbolçu 9 oyun keçirib, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Ceyms İngiltərə milli komandasında da forma geyinir. O, 2020-ci ilin oktyabr ayında debüt etdiyi yığmada 16 oyun keçirib.

“Transfermarkt” internet-portalı 24 yaşlı Ris Ceymsi 55 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: