“Neftçi” qış təlim-məşq toplanışı üçün Antalyaya gedəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Neftçi” bu qış təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq.

Arena.az xəbər verir ki, “ağ-qarlalar”ın hazırlıq prosesi Antalya şəhərindəki Belek bölgəsində təşkil olunacaq.

2024-cü il yanvarın 4-dən 14-dək “Qloriya Sport Arena”da məskunlaşacaq kollektiv bu müddət ərzində iki yoxlama matçı da keçirəcək. Amma oyunların təqvimi və rəqiblər hələ ki, bəlli deyil.

Xatırladaq ki, “Neftçi” Azərbaycan Premyer Liqasında 17 turdan sonra 25 xalla 5-ci pillədə qərarlaşıb. Paytaxt klubu 2023-cü ilin son oyununda “Kəpəz”lə qarşılaşacaq. 18-ci tur çərçivəsində baş tutacaq bu oyun dekabrın 24-də Bakıda keçiriləcək və saat 16:00-da başlayacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: