Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 18-ci turunun növbəti oyunları keçirilir.
Arena.az xəbər verir ki, turun və 2023-cü ilin sonuncu oyun gününün növbəti matçı “Neftçi” ilə “Kəpəz” arasında baş tutub.
Paytaxt təmsilçisi bu matçda inamlı qələbəyə sevinib. “Ağ-qaralar” bu qələbə sayəsində xallarının sayını 28-ə çatdıraraq turnir cədvəlində 3-cü pilləyə yüksəliblər. Gəncəlilər isə 14 xalla 9-cu sırada qalıblar.
Turun və ilin son matçı “Zirə” ilə “Qarabağ” arasında baş tutacaq. Bu oyuna saat 18:30-da start veriləcək.
Xatırladaq ki, daha öncə “Qəbələ” “Sabah”a, “Sumqayıt” isə “Səbail”ə 1:0 hesabıyla qalib gəlib. “Turan Tovuz” da “Araz-Naxçıvan”la ev oyunundan 3:1 hesablı qələbə ilə ayrılıb.
Premyer Liqa
18-ci tur
24 dekabr
“Neftçi” – “Kəpəz” 2:0
Qollar: Azər Salahlı, 8. Andre Şinyaşiki, 71.
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev.
Bakı. “Neftçi Arena”. 16:00.
Neftçi: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 6. Dieqo Valdes, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 25. Aaron Olanare, 9. Andre Şinyaşiki.
Məşqçi: Alin-Nikolae Çita.
Kəpəz: 96. İqor Rodriqes, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 26. Adama Niane, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 12. Kamran İbrahimov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 15. Cavad Kərimov, 91. Latir Fall.
Baş məşqçi: Adil Şükürov.


