“Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldo braziliyalı müğənni Luan Santanaya dəbdəbəli, bahalı hədiyyə edib.
Arena.az bu barədə “Madeira Island” dərgisinə istinadən məlumat verir.
Müğənni Luan Santana Kristiano Ronaldo tərəfindən anası Dolores Aveyronun doğum günü tədbirində çıxış etmək üçün dəvət edilib. Məclisin sonunda “Kriş” Santanaya təxminən 75 min avro dəyərində dəbdəbəli “Rolex” saatı hədiyyə edib.
“Bunu etmə, yox. Tanrı xatirinə, dostum. Sən bilirsən ki, bu mənim ilk belə saatımdır, elə deyilmi? İlk “Rolex”im. Necə bir an! Belə adamın əlindən”, müğənni Santana duyğulara qapılıb.


